"Xəzər Lənkəran"ın sabiq müdafiəçisini milliləşdirdilər

15:44 22 Yanvar 2015

"Xəzər Lənkəran"ın sabiq müdafiəçisi Alvaro Silva bundan sonra Filippin yığmasının şərəfini qoruyacaq. 

Sportarena.az xəbər verir ki, hazırda Küveytin "Əl-Kadisiya" klubunda çıxış edən ispaniyalı futbolçu milliləşdirilib.

Buna onun nənəsinin Filippin əsilli olması əsas götürülüb.

Qeyd edək ki, Silva 2013-cü ildən "Xəzər Lənkəran"da çıxış etsə də, ötən mövsümün sonunda komandadan ayrılmışdı.


Digər xəbərlər

Xəbər xətti