İrina Şeyk tanınmış aktyorla eşq yaşayır - FOTOLAR

16:16 22 Yanvar 2015

Futbolçu Kriştiano Ronaldodan ayrılan 29 yaşlı rusiyalı model İrina Şeykin “Herakl” filminin çəkilişləri zamanı tanış olduğu aktyor Dueyn Consonla sevgilidir. 

Bu barədə xarici media orqanları yazır. Ekran işində ər-arvad rolunda çəkilən cütlük filmin premyerasına da birlikdə qatılmış və öz telefonları ilə şəkillər çəkdirmişdilər. Conson hətta İnstaqram səhifəsində yerləşdirdiyi fotolardan birinə İrinanı özünün “möhtəşəm qadını” adlandırmışdı. 

Qeyd edək ki, Ronaldonun 26 yaşlı ispan jurnalist Lisiya Villalonla münasibətdə olduğu deyilir.


Digər xəbərlər

Xəbər xətti