AFFA-da kubokun püşkü atıldı - "Qarabağ", "İnter", "Neftçi" və "Xəzər-Lənkəran" fərqli qruplarda

17:20 22 Yanvar 2015

Bu gün AFFA-nın inzibati binasında “Bakcell U-14 Elit Kuboku”nun püşkatma mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, püşk atılmazdan öncə turnir haqda qısa məlumat verilərək qeyd olunub ki, “Bakcell U-14 Elit Kuboku” artıq üçüncü ildir keçirilir və ikinci dəfədir ki, Bakcell şirkəti turnirə sponsorluq edir.

 

“Bakcell U-14 Elit Kuboku”nda oyunlar mərkəzləşdirilmiş qaydada Bakı şəhərində keçirilir. Turnirin əsas məqsədi liqalarda yaranan qış fasiləsindən səmərəli istifadə, oyunçuların təcrübəsinin artırılması və müvafiq yaş qruplu yığma komandalara seçim imkanının genişləndirilməsidir.

 

Püşkün nəticəsinə əsasən, qrupların tərkibi aşağıdakı kimi müəyyənləşib:

 

A qrupu
Bakı
Xəzər Lənkəran
AZAL
Qərb Elit yığması

 

B qrupu
Qəbələ
Qarabağ
Şimal-Qərb Elit yığması
Mərkəz Elit yığması

 

C qrupu
İnter
Rəvan
Şimal Elit yığması
Cənub Elit yığması

 

D qrupu
Neftçi
Sumqayıt
Vətən
Naxçıvan Elit yığması


Digər xəbərlər

Xəbər xətti