AZAL I Divizion təmsilçisi ilə qarşılaşacaq

15:05 23 Yanvar 2015

Son yoxlama görüşündə "Bakı"nı məğlub edən AZAL III dövrənin startına kimi daha bir yoxlama matçında qüvvəsini sınayacaq.

Sportarena.az xəbər verir ki, Tərlan Əhmədovun komandasının növbəti rəqibi I Divizion təmsilçisi "Şuşa" olacaq.

 

Matç sabah "AZAL Arena"da oynanılacaq.


Xəbər xətti