Millinin qapıçısından jurnalistə: "Fotoları yayımlamayan şərəfsizdi"

22:12 23 Yanvar 2015

"Beşiktaş"ın qapıçısı Tolqa Zəngin haqqında çıxarılan dedi-qodulara münasibətbildirib. 

Sportarena.az xəbər verir ki, Türkiyə millisinin də şərəfini qoruyan qolkiper yalan məlumat yayan jurnalistləri təhqir edib:

"Haqqımda yaşamadığım, görmədiyim xəbərlər çıxdı. Yazdılar ki, gecə həyatı var. Bu xəbərləri çıxaran tanış simalardı. Mən də bunlara qarşılıq olaraq, dedim ki, əlində hadisə ilə bağlı fotolar olub yayımlamayan şərəfsizdi. Əgər həmin şəkillər varsa, mən şərəfsizəm. Belə şeylərin olması normaldı. İnsanları tanıyırsan. Mən "Beşiktaş"da xoşbəxtəm. Bura istəyib gəlmişəm. Transfer zamanı 1 qəpik pul söhbəti eləməmişəm".


Xəbər xətti