Messi hər oyundan əvvəl nə yeyir, Arşavin neçə kitab yazıb? - Məşhur futbolçular haqda MARAQLI FAKTLAR

18:30 24 Yanvar 2015

Bu gün idman sahəsindən çox, ən nüfuzlu və gəlirli biznes sahəsinə çevrilən futbolda yetərincə  maraqlı hadisələr baş verir. Dünya futbolunun məşhur simaları var ki, onlar bəzi məqamları məxfi saxlayır.

 

Sportarena.az modern.az-a istinadən bəzi futbolçular haqqında maraqlı faktları təqdim edir:

 

Fransa millisinin Seneqal əsilli üzvü, hazırda “Yuventus”da top qovan Patrik Evranın 23, eks-“barselona”lı, Kamerun millisinin futbolçusu  Aleks Sonqun isə 27 qardaş-bacısı var. Bu iki futbolçunun ailə üzvlərindən 4  “11-lik” heyət qurmaq olar.

 

Braziliya millisinin və “Bavariya”nın futbolçusu Qrafite 20 yaşına qədər San-Paolada küçə təmizləyib.

 

Dünyanın ən ağıllı futbolçusu kimi Frenk Lempard göstərilir. İngilis futbolçunun IQ gəstəricisi 150-yə bərabərdi. Bir vaxtlar onunla bərabər “Çelsi”də oynayan qapıçı Peter Çex isə 6 dildə ana dili – çex dili kimi sərbəst danışa bilir.

 

Zəngin italyan ailəsində ərköyün böyüdülmüş Mario Balotelli “Mançestr Siti”də oynadığı zaman avtomobilini düzgün park etmək vərdişinə alışa bilməyib. Təkcə bu səbəbdən üstə-üstə 10 000 funt-sterliq məbləğində cəzalanıb.

 

Keçmiş “Qalatasaray”lı Didye Droqba Fildişi millisinin bir neçə oyunçusu ilə bərabər ölkəsindəki iki qəbilə arasında müharibəni dayandırıb.

 

Bir zamanların super ulduzu Ronaldiniyo gənc ikən başqa uşaq komandası ilə oynadığı oyunda komandası 23:0 hesabı ilə qalib gəlib. Həmin 23 qolun hamısını Ronaldiniyo vurub. Məhz o oyundan sonra gənc futbolçu lazımi adamların diqqətini cəlb edib.

 

Finlandiya millisinin keçmiş kapitanı Sami Hyupya və eks-“barselona”lı Eder Qudyonson ataları ilə eyni komandada futbol oynayıblar.

 

Rusiya millisinin aparıcı futbolçusu  Andrey Arşavin moda ilə peşəkar səviyyədə məşğul olur. Onun modaya aid 3 kitabı da var.

 

“Borussiya” Dortmundun önəmli futbolçusu polşalı Yakov Blasçikovski 12 yaşında olarkən atası anasını onun gözlərinin qarşısında öldürüb.

 

Kaka gəlirinin yüzdə qırxını Rio-de-Jeneyradakı kilsələrin birinə bağışlayıb.

 

Almaniya millisinin keçmiş qapıcısı Oliver Kanın Çində bir televiziya proqramı var. Həmin proqramda istedadlı qapıçılar kəşf olunur və peşəkar futbola yönləndirilir.

 

“Barselona” və İspaniyanın əsas futbolçularından olan Jordi Albanı hələ də məşqlərə atası aparıb-gətirir.

 

Argenitinalı ulduz Messi hər oyundan əvvəl uşaqlıq vərdişindən əl çəkməyərək çoxlu “jelibon” yeyir.

 

Kolumbiya millisinin hücumçusu Karlos Bakka 21yaşına qədər avtobus kondukturu çalışıb.

 

“Milan”ın və İtaliya millisinin müdafiəçisi Alessandro Nesta uzun müddət “pleysteyşn” oynadığına görə barmağını zədələyib. Hətta əməliyata da ehtiyac olub.


Digər xəbərlər

Xəbər xətti