Alman futbolçu müsəlman oldu - FOTOLAR

00:32 27 Yanvar 2015

Almaniyanın “FC Nürnberq” komandasının futbolçusu Danny Blum dinini dəyişib. 
 

Sportarena.az “Qafqazinfo” a istinadən xəbər verir ki, Blum İslam dinini qəbul edib.  24 yaşlı futbolçunun Məsciddə namaz qılan fotoları alman mediasında yer alıb. Blum dininin dəyişməsi barədə yerli mətbuata açıqlama verib:

“İslam mənə güc və qüvvət verir. Dua ruhumu rahatladır. Dostlarımla dini müzakirələr edirdim, araşdırma aparmağa başladım. İslam mənə cəlbedici bir din kimi gəldi. Kitablar məni İslama apardı, müsəlman olmağım barədə fikrimi dəqiqləşdirdim. Gün ərzində 5 dəfə namaz qılıram, halal məhsullardan yararlanıram. Komanda dostlarım tolerantdılar. Bu dini qəbul etməyimə normal baxırlar. İslam dinini heç kim mənə zorla qəbul etdirmədi, özüm seçdim”.


Digər xəbərlər

Xəbər xətti