Adı "Xəzər-Lənkəran"la hallanan baş məşqçi : "Buranın stadionunu, insanlarını və azarkeşlərini çox sevirəm"

15:17 27 Yanvar 2015

İtaliyalı mütəxəssis Cennaro Qattuzo bir vaxtlar çıxış etdiyi Şotlandiyanın "Reyncers" klubunu çalışdırmaq niyyətindədir.

 

Sportarena.az xəbər verir ki, Qattuzo öz açıqlamasında bunları qeyd edib:

 

"Mənim arzum, "Reyncers" kimi möhtəşəm klubu çalışdırmaqdır. Mən futboola başladığım ilk vaxtlarda bu komandada çıxış etmişəm. Buranın stadionunu, insanlarını və azarkeşlərini çox sevirəm".

 

Qeyd edək ki, Qattuzonun adı bir sıra Azərbaycan klubları ilə hallanıb. Bunların arasında "Xəzər Lənkəran" daha öndə idi.


Digər xəbərlər

Xəbər xətti