"İnter"in sabiq yarımmüdafiəçisi Azərbaycan futbolundan danışdı: "Futbolda oyunlara ən çox azarkeş yalnız Lənkəranda gəlirdi"

18:16 27 Yanvar 2015

"Azərbaycanda oyunlara azarkeş axını aşağı səviyyədə idi. Orada futbolu elə də çox sevmirlər. Güləş, ağır atletikada isə vəziyyət tam fərqlidi".

Bu sözləri "İnter"in sabiq yarımmüdafiəçisi, hazırda Bolqarıstanın "Çerno More" klubunun şərəfini qoruyan Petar Zlatinov deyib.

 

Futbolçu Bolqarıstan mətbuatına açıqlamasında ölkəmizdən danışıb: "Futbolda oyunlara ən çox azarkeş yalnız Lənkəranda gəlirdi. Bütün stadionu doldururdular. "Neftçi"nin tərəfdarları çoxdu. Amma indi daha çox "Qarabağ"a azarkeşlik edirlər. Bu komanda son mövsümdə Avropa Liqasının qrup mərhələsində çıxış edib".


Xəbər xətti