"Simurq" Murad Səttarlı ilə yollarını ayırdı

19:05 27 Yanvar 2015

"Simurq" Murad Səttarlı ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, gənc futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 

 

2012/13 mövsümündə icarə əsasında "Simurq"da forma geyinən Murad ötən ilin əvvəlində "Qarabağ"dan transfer olunmuşdu. Ümumilikdə, gənc futbolçu karyerası ərzində Premyer Liqada 48 matçda Zaqatala təmsilçisinin şərəfini qoruyub və iki qola imza atıb. 

 

"Simurq" Peşəkar İdman Klubu gənc futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.


Digər xəbərlər

Xəbər xətti