Qəbələ Türkmənistan klubu ilə sülh bağladı

22:00 27 Yanvar 2015

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxıb.

Sportarena.az xəbər verir ki, Roman Qriqorçukun komandası Türkmənistan çempionatının yüksək liqasında mübarizə aparan “Altın Asır”la (Qızıl əsr) üz-üzə gəlib. Qarşılaşma heç-heçə başa çatıb.

Qeyd edək ki, "Qəbələ" bundan öncə Antalyada PSV-nin (Hollandiya) ikinci komandası ilə qolsuz heç-heçə edib, Türkiyə “Əskişəhərspor”una 1:3, Rusiya “Kuban”ına 0:2 hesabı ilə uduzub. Roman Qriqorçukun yetirmələri “Vorskla”nı (Ukrayna) 2:1, “Adanaspor”u (Türkiyə) 3:2, "Haladaş"ı (Macarıstan) 2:0 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti