“9-cu Zirvə Kuboku və 2-ci Dünya Çempionatı”nın ilk seçmə mərhələsi Azərbaycanda start götürür

14:29 28 Yanvar 2015

“Zirvə” İdman Klubunun “9-cu Zirvə Kuboku və 2-ci Dünya Çempionatı”nın 2015-ci ildə 1-ci seçmə mərhələsi start götürür. Klubun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs”-ın bütün filialları arasında keçiriləcək yarışlar bir çox məqsədlər daşıyır. Bunlardan klubumuzun üzvlərinin cari güclərinə baxış, final mərhələsinə güclü idmançıların seçılməsi, aparılan işlərin ardıcıllıq və axıcılığını müəyyən edilməsi, klubumuzun ağır atletika idman növündə şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyələrinin artırılmasını xüsusilə qeyd etmək olar.

Polşa, Bolqarıstan, Ukrayna, Moldova, Türkiyə və başqa ölkələrdəki filiallarımızda daxili mərhələ turnirlərinin fevral-mart aylarının ortalarında baş tutması gözlənilir. Hər bir mərhələnin keçirilmə vaxtı və nəticələr haqda müvafiq məlumatlar veriləcəkdir.
Azərbaycandakı klublarımızın mərhələ yarış vaxtları isə artıq məlumdur. 1-ci seçmə mərhələ 16-23 fevral tarixlərində 4 zona üzrə keçiriləcəkdir. Yarışın keçirilməsi Azərbaycan Ağır Atletika Federasiyasının hakimlər heyətinə həvalə olunub. Mərhələdə Respublikanın şəhər, rayon, qəsəbə və kəndlərdə “Zirve İnternational Sport Clubs”-ın bölmələrinin həkim müayinəsindən keçmiş idmançıları iştirak edə biləcəklər.
Yarış şəxsi xarakter daşıyır və ona 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999, 1998, 1997-cı il və daha böyük yaşlı oğlan və qızlar buraxılırlar. Qalib və mükafatçılar yaşa, qaldırdığı ağırlığa və şəxsi çəkiyə müvafiq “Sinkleyr” cədvəli əsasında müəyyən olunacaq, medal və diplomlarla təltif olunacaqlar.

Yarışların təqvimi aşağıdakı kimidir:

16 fevral – Neftçala
17-18 fevral – Lənkəran
20 fevral – Samux
23 fevral – Abşeron


Digər xəbərlər

Xəbər xətti