"Sumqayıt" 7 futbolçunu heyətinə qatdı

18:11 28 Yanvar 2015

Əvəzedicilərin çempionatında ilk yarını uğursuz şəkildə başa vuran "Sumqayıt"ın əvəzediciləri qış "transfer pəncərəsi" zamanı heyətini 7 futbolçu ilə gücləndirib. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sözügedən komanda Şahin Əliyev, Emin Əliyev, Məhərrəm Məmmədli, Aqil Güləhmədov, Samir İbrahimov, Elmir Rəhimzadə və Emin Səfixanovla müqavilə imzalayıb.

 

Qeyd edək ki, "Sumqayıt"ın əvəzediciləri sabah "İnter"lə qarşılaşcaq. Oyun saat 13:00-da "İnter Arena"da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti