Fizuli Məmmədovun komandası "İnter"i meydandan əliboş yola saldı- FOTOLAR

00:52 29 Yanvar 2015

U-19 liqasında XV turun oyunları keçirilir.

Sportarena.az xəbər verir ki, "Rəvan"ın U19 kollektivi "İnter"li həmyaşıdları ilə qarşılaşıblar. Qarşılaşma Fizuli Məmmədovun komandasının minimal hesablı qələbəsi ilə yekunlaşıb. Gərgin keçən matçda yeganə qolu 67-ci dəqiqədə Əlibəy Məmmədli vurub. Bununla da "Rəvan" ardıcıl 12-ci qələbəsini qazanıb.

Qeyd edək ki, "Rəvan"-ın U-19 komandası "İnter"lə görüşdə baxımlı oyun sərgiləyib və komanda qoldan sonra da bir neçə təhlükəli epizodları ilə yadda qalıb, amma bu bu epizodları qola çevirə bilməyib.


Digər xəbərlər

Xəbər xətti