Müşviq Şahverdiyev: “AAAF Park mənə doğmadır” - FOTOLAR VİDEO

13:05 29 Yanvar 2015

“Məşhurlar AAAF Parkda” rubrikasının budəfəki qonağı tanınmış aktyor Müşviq Şahverdiyevdir. Onunla maraqlı söhbətimiz alınıb, Müşviq aktyorluq sənətinə gəldiyi dönəmdən indiyə qədər olan fəaliyyətini xatırlayıb, gördüyü ən uğurlu layihələrdən danışıb. Azərbaycanın ən yaxşı gülüş ustalarından olan Şahverdiyev, onun özü üçün çox doğma hesab etdiyi “AAAF Park”ın baş sponsorluğu ilə çəkilən “My name is İntiqam” filminin xeyli populyarlıq qazandığını da qeyd edib:

“Mənim son işim “My name is İntiqam” filmi oldu. AAAF Park bizə doğmadı, elə buna görə də biz filmi çəkəndə birbaşa bura üz tutduq. Rəhbərliyə təşəkkür edirəm ki, bizə dəstək olacaqlarına söz verdilər və buna əməl də etdilər. Beləcə, bu filmi ərsəyə gətirdik. Artıq 2 aydır ki, kinoteatrlarda yayımlanır və hələ də izləyicisi var. Film çox uğurlu oldu və biz bunun davamını fikirləşirik. “My name is İntiqam -2” filmini yay aylarında çəkməyi düşünürük, amma bu dəfə ölkə xaricində çəkilişlər edəcəyik”.

 

 


Xəbər xətti