"Neftçi" öz bazasından qaçaq düşdü

15:00 29 Yanvar 2015

Antalyadakı təlim-məşq toplanışını başa vuraraq Bakıya dönən "Neftçi" öz bazasından qaçaq düşüb.

 

Buna səbəb Nobel prospektində yerləşən bazanın meydançasının ot örtüyünün bərbad gündə olmasıdır.

 

Bundan başqa, düşərgədə 25-26 nəfər futbolçu var ki, bu qədər futbolçuya eyni anda məşq keçmək üçün də bazadakı meydançanın ölçüləri imkan vermir. Odur ki, komanda məşqlərini Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadionda keçməyi üstün tutur.


Xəbər xətti