Roberto Mançini: "Ture dünyada ən yaxşı oyunçulardan biridir"

02:00 30 Yanvar 2015

"Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture karyerasını İtaliya A seriyasında davam etdirə bilər.

Sportarena.az saytının məlumatına görə, Fil Dişi Sahili millisinin futbolçusu yayda “İnter”ə keçməyə çox yaxındı.

 

Onunla Milan klubunun baş məşqçisi Roberto Mançini yaxından maraqlanır. Bu haqda təcrübəli mütəxəssisin özü bildirib: “Ture dünyada ən yaxşı oyunçulardan biridi. O, hələ öz sözünü deyə bilər. Yaya bir çox çempionatlarda və komandalarda çıxış edib. Belçika, İspaniya, İngiltərədə oynasa da, İtaliya klublarının formasını geyinməyib. Ona görə, bu, onun üçün yaxşı şans ola bilər. Biz bu keçidin üzərində işləyirik. Bəzi oyunçular var ki, komandasını dəyişdirə bilərlər. Yaya da belə futbolçulardan biridi. Növbəti mövsümdə biz onu transfer etməyə çalışacağıq”. 

 


Digər xəbərlər

Xəbər xətti