"Roma"da ŞOK: Futbolçunun nə vaxt yaşıl meydanlara dönəcəyi məlum deyil

23:06 29 Yanvar 2015

İtaliyanın "Roma" klubu ciddi itkiyə məruz qalıb. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın hollandiyalı yarımmüdafiəçisi Kevin Strotman  İtaliya A seriyasının 20-ci turunda "Fiorentina" ilə matçda zədələnib. 24 yaşlı yarımmüdafiəçi yaxın günlərdə əməliyyat olunacaq.

 

Qeyd edək ki, əməliyyatdan sonra futbolçunun nə vaxt yaşıl meydanlara dönəcəyi məlum olacaq.

 


Digər xəbərlər

Xəbər xətti