SON XƏBƏR - "Şaxtyor" "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

01:12 30 Yanvar 2015

Ağdamın "Qarabağ" klubunun futbolçusu Namiq Yusifov Qazaxıstan "Şaxtyor"unun maraq dairəsinə düşüb. Karaqanda təmsilçisi Yusifovu bu gün Bələkdə Rusiyanın "Mordoviya" klubu ilə görüşdə izləyib və oyununu bəyənib.

 

Qazaxıstan klubu ilk olaraq Namiqin özü ilə danışıqlar aparmağı planlaşdırır. Futbolçuyla ortaq məxrəcə gəldikdən sonra isə "Qarabağ" rəhbərliyi ilə danışıqlar masası arxasına oturmaq planlaşdırılır. (fanat.az)


Xəbər xətti