"Xəzər Lənkəran" Skarlatake ilə bağlı planını dəyişir

01:29 30 Yanvar 2015

Heyətində gəncləşdirmə siyasəti aparan "Xəzər Lənkəran" daha bir legionerini komandadan göndərməyi planlaşdırır. 

 

Belə ki, komandanın Antalya toplanışına aparılmayan Adrian Skarlatake ilə müqavilənin qarşılıqlı razılaşma əsasında pozulacağı gözlənilir. 

 

Cənub təmsilçisi oyunçunu əsas heyətə cəlb etmək istəsə də , buna mane olan amillər var. Ən əsası isə odur ki, Skarlatakenin ötən ilin dekabrından bəri zədəli olmasıdır. O, zədəsini hələ də bərpa etməyib. Bu da, komandanın onunla yollarını ayırmağına səbəb olacaq. Artıq "Xəzər Lənkəran" rəhbərliyi onunla bağlı yekun qərarını vermiş durumdadır. Skarlatake klubdan göndəriləcək.(futbol11)


Digər xəbərlər

Xəbər xətti