"Barselona" "Vilyarreal"la qarşılaşacaq

10:45 30 Yanvar 2015

İspaniya kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Sportarena.az xəbər verir ki, ilk matç günündə azarkeşlər bir qarşılaşma izləyib.

Belə ki, “Barselona” səfərdə “Atletiko”nun qonağı olub. İlk görüşdə “Nou Kamp”da Madrid klubunu 1:0 hesabı ilə məğlub edən Kataloniya təmsilçisi “Visente Kalderon” stadionunda da üstünlüyünü qorumağa çalışıb. Dieqo Simeonenin yetirmələri isə növbəti mərhələyə adlamaq üçün ən azı iki cavabsız qolla qalib gəlmək məcburiyyətində idi. Bu matçda istənilən heç-heçə, və ya bir top fərqli ilə istənilən hesablı məğlubiyyət də “Barsa”ya sərf edirdi.

Lakin qarşılaşmada Luis Enrikenin komandası yenə qalib gəlib. 5 qolun vurulduğu görüşdə “Barselona” 2:3 hesabı ilə madridliləri məğlub edərək, yarımfinala yüksəlib.

Digər oyunlarda isə "Vilyarreal" “Xetafe"ni, “Atletik” "Malaqa"nı və “Sevilya” “Espanyol”u eyni hesabla məğlub edib – 1:0.

Beləliklə, İspaniya kubokunda yarımfinala adlayan bütün komandalar bəlli olub. Bunlar “Barselona”, "Vilyarreal", “Atletik” və “Espanyol”du.

Qeyd edək ki, yarımfinalda “Atletik” “Espanyol”la, “Barselona” "Vilyarreal"la qarşılaşacaq.

 

 

İspaniya kuboku

 1/4 finalın cavab oyunu

28 yanvar

“Atletiko” – “Barselona" - 2:3

Qollar: Torres, 1, Qarsia, 30-pen - Neymar, 9; 41, Buskets, 38

(İlk oyun: 0:1)

 

29 yanvar

“Xetafe" - "Vilyarreal" - 0:1

Qol: Moreno, 78

(İlk oyun - 0:1)

 

“Atletik” - "Malaqa" - 1:0

Qol: Aduris, 48

(İlk oyun - 0:0)

 

“Sevilya” – “Espanyol” - 1:0

Qol: Fiqueyras, 88

(İlk oyun - 1:3)

 


Digər xəbərlər

Xəbər xətti