"Xəzər-Lənkəran" 12-ci ilinə başlayır

13:15 30 Yanvar 2015

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına “Simurq”la qarşılaşma ilə start verəcək “Xəzər Lənkəran” 2015-ci ildə ilk rəsmi matçına çıxacaq.

Sportarena.az  klubun rəsmi saytına istinadən xəbər verir ki,  2004-cü ildə yaranan klub bu qarşılaşma ilə özünün 12-ci ilinə başlayacaq. Debüt ilinə avqustda start götürən komanda 11-ci dəfə qışda ilin ilk görüşünə çıxacaq.

Ardıcıl 2-ci, ümumilikdə 6-cı dəfə belə oyun səfərdə baş tutacaq. Düzdür, bunlardan biri – 2005-ci ilin ilk rəsmi matçı baş tutmayıb və texniki qələbə ilə tarixə düşüb. Əvvəlki 11 ildən 5-nə qələbə, 4-nə heç-heçəylə başlayan komanda yalnız iki dəfə ilk görüşdə uduzub.

 


Digər xəbərlər

Xəbər xətti