Emil Balayev üçün əla şans: "Ayntraxt" əsas qapıçısı ilə yollarını ayırdı

13:25 30 Yanvar 2015

"Ayntraxt" komandasında dəyişiklik baş verib.

Sportarena.az xəbər verir ki, həmyerlimiz Emil Balayevin də çıxış etdiyi Frankfurt təmsilçisinin əsas qapıçısı Timo Hildebrandla yollar ayrılıb.

Qeyd edək ki, 35 yaşlı qapıçı ilə yollar ayrıldığından baş məşqçi bundan sonra bir nömrəli qapıçı kimi Kevin Trappa etibar edəcək. Feliks Vidvald ikinci, həmyerlimiz Emil Balayev isə üçüncü qapıçı kimi öz şansını gözləyəcək.

 


Xəbər xətti