Güləşçilərimizdən ilk gündəcə əla nəticə:İki gümüş və üç bürünc medal

13:40 30 Yanvar 2015

İran İslam Respublikasının Məşhəd şəhərində yeniyetmələr arasında "Yadigar İmam Kuboku" beynəlxalq turniri keçirilir.

Sportarena.az xəbər verir ki, turnirdə sərbəst və Yunan-Roma güləşi üzrə yığma komandalarımız iştirak edir.

Yarışların ilk günündə güləşçilərimiz 2 gümüş və 3 bürünc medal qazanıb. 
Gümüş medalları yığmamıza sərbəst güləşçilərdən Şahin Muxtarov (42 kq) və Əliabbas Rzazadə (50 kq) qazandırıb. Digər sərbəst güləşçilərimiz Fazil Həsənov (58 kq) və Orxan Abbasov (63 kq) turnirin bürünc mükafatına sahib olub. Digər bürünc medalı isə yığmamıza yunan-Roma güləşi üzrə yarışlarda Ceyhun Nəsirov (63 kq) qazandırıb. 

 


Digər xəbərlər

Xəbər xətti