Azərbaycanda klub prezidenti öldü

15:00 30 Yanvar 2015

Yanvarın 29-da Xırdalan şəhərində yerləşən idman zalında faciəvi hadisə baş verib. 

Sportarena.az Lent.az-a istinadən xəbər verir ki, şəhər sakini Zabit Babayev işlədiyi idman zalında infarktdan ölüb. Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Z.Babayev “Sakura” Karate-Do klubunun prezidentidir. O, həm də ictimai fəaliyyəti ilə tanınıb.


Digər xəbərlər

Xəbər xətti