Hakimə ayaqqabı atan Arda Turan bağışlandı

15:15 30 Yanvar 2015

İspaniya Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Barselona” ilə görüşdə yan xətt hakiminə butsu atan Arda Turanın bu hərəkəti cəzasız qalıb.

 

 Sportarena.az saytının məlumatına görə, 28 yaşlı futbolçuya ağır cəzanın kəsiləcəyi gözlənilsə də, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi buna ehtiyac duymayıb.

 

Ardanın həmin həkərətini müzakirə etmək üçün toplanan komitə üzvləri baş hakim Xesus Gil Manzanonun da fikirlərini dinləyiblər. O, təcrübəli futbolçunun 48-ci dəqiqədə etdiyi hərəkətin cəzasının sarı vərəqə olduğunu və həmin cəzanı da kəsdiyini bildirib. Nəticədə İntizam Komitəsi Ardanı gözlənilənlərin əksinə olaraq, 2-3 oyunluq cəzalandırası olmayıb.

 

Bu xəbər “Atletiko” rəhbərliyini və məşqçilər korpusunun əməlli-başlı sevindirib. Baş məşqçi Dieqo Simeone La Liqanın növbəti turu çərçivəsində “Eybar”la keçiriləcək matçda Ardanın xidmətindən yararlana biləcək.

 


Digər xəbərlər

Xəbər xətti