SON QƏRAR - Kamran Ağayev "Qəbələ"də qalacaq

16:00 30 Yanvar 2015

“Kamran Ağayev hazırda komanda ilə birlikdə məşq edir. Onun komandamızda qalıb-qalmayacağı təkcə bizdən asılı deyil”.

Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı deyib.

O bildirib ki, Kamran Ağayev üçün heç bir komandadan təklif almayıblar: “Mətbuatda bu barədə çox yazıldı. Amma nə hansısa klubdan müraciət olub, nə də Kamran “getmək istəyirəm” deyib. Kamranla görüş olub. Qapıçı bildirdi ki, sizə yaxın günlərdə xəbər edəcəm. Getmək istəyən deyər ki, gedirəm”.

Qeyd edək ki, Kamran Ağayevin Türkiyə I liqa təmsilçisi “Adana Dəmirspor”a transferi gözlənilir.

 


Xəbər xətti