İkinci dövrə bir dəqiqəlik sükutla başlayır

20:00 30 Yanvar 2015

Bundesliqada qış fasiləsi başa çatıb. Bu gün ikinci dövrənin açılış oyununda “Bavariya” “Volfsburq”la üz-üzə gələcək.

 Sportarena.az xəbər verir ki, Bundesliqanın ikinci dövrəsi bir dəqiqəlik sükutla başlayacaq. Komandalar fasilə müddətində avtomobil qəzasında həyatını itirən “Volfsburq”un yarımmüdafiəçisi Junior Malandanın xatirəsini yad edəcəklər. Futbolçular meydana qara sarğıyla çıxacaq. Həmçinin böyük ehtimalla azarkeşlər də tribunada Malandanın xatirəsinə xüsusi plakatlar hazılayacaq.

 Belçikalı futbolçu cari mövsümdə 10 oyunda “Volfsburq”a kömək etmişdi. Yayda 20 yaşını qeyd edəcəkdi. Amma qismət olmadı.

 “Bavariya” - “Volfsburq” qarşılaşması bu gün saat 23:30-da başlayacaq.

 


Digər xəbərlər

Xəbər xətti