"Neftçi"nin növbəti transferi - FOTO

18:43 30 Yanvar 2015

“Neftçi” daha bir transferi reallaşdırıb.

Sportarena.az xəbər verir ki, komanda Əziz Quliyevlə ilyarım müddətinə müqavilə bağlayıb.

Azərbaycan milli komandasının da şərəfini qorumuş futbolçu bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib:

“Mənə “Neftçi” kimi iddialı klubda çıxış etmək şansı verildiyi üçün şadam. Çalışacağam ki, oyunumla həm kluba faydalı olum, həm də yenidən milli komandaya dəvət alım”.

 


Digər xəbərlər

Xəbər xətti