"İnter"in yeni debütantı: "Sumqayıt bizə qarşı yaxşı mübarizə apardı"

19:49 30 Yanvar 2015

"İlk hissədə yaxşı oynadıq. Amma qol şanslarımızdan istifadə edə bilmədik. İkinci hissədə oyunumuz alınmadı. "Sumqayıt" bizə qarşı çox yaxşı mübarizə aparadı. Meydanda boşluq yaratmadılar. Bizə oyun qurmaqda problem yaratdılar".

Sportarena.az xəbər verir ki, bu sözləri "İnter"İn futbolçusu Ruben Şaken Azərbaycan Premyer Liqasının 19-cu turunda "Sumqayıt"la bərabərə qaldıqları oyundan (0:0) sonra deyib.

O, matç ərzində çox səhv etdiklərini bildirib:

"Penaltidən fərqlənə bilmədik. Səhvlərim olduğu üçün baş məşqçi məni də əvəzlədi".

R.Şaken Azərbaycan və Hollandiyadakı futbolu müqayisə də edib:

"Azərbaycanda yaxşı futbol var. Komandaların mübarizə əzmi yüksəkdir. Hollandiya futboluna oxşar futbol oynayırlar. Amma stadionda azarkeşlərin azlığı məni məyus edir. Çünki "Feyenoord"da 40-50 min azarkeş qarşısında oynamışam. Ancaq bu, bizim oyunumuza təsir etməməlidir".

R.Şaken onu da qeyd edib ki, komandaya uyğunlaşmaqda çətinlik çəkir:

 

"Azərbaycanda fərqli dil və mədəniyyətin olması mənə bir qədər problem yaradır. Amma çalışacam ki, bütün çətinliklərin öhdəsindən gəlim.  Əsas istəyim "İnter"lə çempion olub avrokuboklarda mübarizə aparamaqdır". 

 

Mənbə:qol.az


Xəbər xətti