ŞOK: Klubun ofisinə silahlı basqın

20:45 30 Yanvar 2015

Hollandiyanın "Utrext" klubu soyğuna məruz qalıb.

Sportarena.az xəbər verir ki, kluba məxsus ofisə və "Qalqenvard" stadionuna hücum edən silahlı şəxslər qarət törədiblər. Hadisə yanvarın 27-də baş verib. Məlumata görə, klubun ofisindən 100 min avro oğurlanıb. Bu vəsait Dortmund "Borussiya"sı ilə yoldaşlıq matçı üçün ayrılıbmış.

Səhər saatlarında ofisə daxil olan silahlı şəxslər mühafizəçidən seyfi açmağı tələb ediblər. Silahlılar pulu götürəndən sonra ərazidən uzaqlaşıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Polis insidenti araşdırmağa başlayıb. "Utrext"in baş meneceri Vilko van Şayk hadisəni belə şərh edib:

"Biz maliyyə məsələsində sağlam yolla gedirdik. İndi bizi vicdanla qazandığımız puldan məhrum ediblər. Vacib deyil nə qədər pulumuz oğurlanıb. Biz bir avronun da hesabını aparırıq".

 


Digər xəbərlər

Xəbər xətti