"Çelsi"nin futbolçusuna ağır cəza

22:27 30 Yanvar 2015

“Çelsi”nin futbolçusu Dieqo Kosta 3 oyunluq cəzalandırılıb.

Sportarena.az  xəbər verir ki, buna İngiltərə Liqa kubokunun “Liverpul”la yarımfinal mərhələsində qonaqların türk əsilli almaniyalı oyunçusu Əmrə Cana qarşı kobudluq etməsi səbəb olub.

Xatırladaq ki, “zadəganlar”ın 1:0 hesabı ilə qalib gəldiyi görüşdə “qızmızılar”ın yarımmüdafiəçisinin ayağını basan ispaniyalı hücumçunun bu hərəkəti oyunun baş hakimi Maykl Oliverin gözündən yayınıb. Lakin İngiltərənin Futbol Assosiasiyası həmin epizodun video görüntüsünə yenidən baxaraq, Kostaya 3 matçlıq cəza kəsib.

Beləliklə, 17 qolla bombardirlər siyahısına başçılıq edən Dieqo Kosta Premyer Liqanın növbəti 3 turunda - “Mançester Siti”, “Aston Villa”  və “Everton”la qarşılaşmalarda komandasına kömək edə bilməyəcək. 

 


Xəbər xətti