SON XƏBƏR - Azərbaycan millisinin rəqibi İngiltərə ilə qarşılaşacaq

13:25 31 Yanvar 2015

İtaliya və İngiltərənin futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək.

Sportarena.az xəbər verir ki, qarşılaşma martın 31-də Turindəki "Yuventus" stadionunda təşkil olunacaq. 

Bu matçdan 4 gün əvvəl İtaliya Bolqarıstanla, İngiltərə isə Litva ilə Avropa çempionatının seçmə qrup matçında üz-üzə gələcək. 

Qeyd edək ki, İtaliya yığması AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb. 

 


Digər xəbərlər

Xəbər xətti