Totti prezidentliyə namizədliyini verdi: Cəmi beş səs topladı

14:00 31 Yanvar 2015

İtaliyada prezident seçkiləri keçirilir.

Sportarena.az xəbər verir ki, seçkilərdə dövlətin 58 regional vahidini təqdim edən 315 senator və 630 deputat iştirak edir.

Ölkədə “Roma”nın kapitanı Françesko Tottini də gələcəyin prezidenti görmək istəyənlər olub. Belə ki, ötəngünkü səsvermə nəticəsində, 38 yaşlı futbolçu 5 səs toplayıb. Lakin nümayəndələr palatasının rəhbəri Laura Boldrini bu səsləri ləğv edib. Buna isə İtaliya qanunvericiliyinə əsasən, ölkə prezidentinin 50 yaşdan yuxarı olması səbəbdi.

Qeyd edək ki, ölkənin keçmiş prezidenti Corco Napolitano sağlamlığı ilə əlaqədar olaraq, tutduğu postu tərk edib.


Digər xəbərlər

Xəbər xətti