Türkiyə Azərbaycanı qabaqladı : Avropa çempionatı Azərbaycanda keçirilməyəcək

14:25 31 Yanvar 2015

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə Avropa təsnifat yarışı Azərbaycanda keçirilməyəcək.

Sportarena.az xəbər veri ki, nüfuzlu yarış uğrunda mübarizədə Türkiyə qalib olub.

Yunanıstanın paytaxtı Afinada keçirilən səsvermədə namizədlərdən İstanbul şəhəri daha çox səs qazanıb. Yarış gələn il 16-17 yanvarda keçiriləcək. 

Qeyd edək ki, Avropa təsnifat yarışı olimpiadaya lisenziya xarakteri daşıyan son turnir sayılır. 


Digər xəbərlər

Xəbər xətti