"Zirvə"çilər ilk yarış günündə 11 medal qazandılar

13:43 31 Yanvar 2015

Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilir. Artıq ilk yarış günü arxada qalıb.

Sportarena.az xəbər verir ki, dünən körpücük üzərinə qadınlar və çəkisi 56, 62, 69 və 77 kq olan kişi idmançılar çıxıblar. Yarışda geniş heyətlə çıxış edən “Zirvə” İdman Klubunun nəticələri çox uğurlu alınıb.

Qadınların yarışında gümüş və bürünc medal klubumuzun üzvlərinə qismət olub. Kişilərin yarışında 56 kq çəki dərəcəsində bütün medallar, 62, 69 və 77 kq-da isə gümüş və bürünc medalları bizim atletlər qazanıblar. Bu isə bir gündə 11 medal deməkdir.
15 mümkün medaldan 11-nin qazanılmasına əlavə şərh vermək çətindir. Azərbaycan ağır atletikasında liderliyini heç kimə verməyən və uzun illər bu durumu davam etdirmək niyyətində olan klubumuzun uğurları göz qabağındadır. Xüsusilə gənc nəslin yetişdirilməsi istiqamətində böyük işlər görən “Zirvə”nin bu fəaliyyəti təqdirəlayiqdir.
Bütün qalib və medalçıları təbrik edir, onlara qarşıdakı yarışlarda da uğur arzulayırıq!

 


Digər xəbərlər

Xəbər xətti