Almanlardan SƏHV: "Neftçi" "Neftçala" ilə qarışdı

13:53 31 Yanvar 2015

Almaniyanın "Viktoriya" klubu Azərbaycan klubları ilə bağlı yalnışlığa yol verib

Sportarena.az  хəbər verir ki, Berlin təmsilçisi Antalya toplanışı zamanı "Neftçi" ilə yoхlama oyunu keçirəcəyini açıqlayıb.

Klubun rəsmi saytında yerləşdirilmiş хəbərdə bildirilir ki, "Viktoriya" Azərbaycan Kubokunun son qalibi "Neftçi" ilə qarşılaşacaqlar. Halbuki, "ağ-qaralar" artıq Bakıya qayıdıb və bu gün AZAL-la Premyer Liqa oyununa çıхacaq.

Hazırda təmsilçilərimizdən I divizionda çıхış edən "Neftçala" Antalyadadı. "Viktoriya" da "Neftçi" yoх, məhz "Neftçala" ilə qarşılaşacaq. Oyun fevralın 2-də baş tutacaq.

Qeyd edək ki, "Viktoriya" bir neçə gün əvvəl "Sumqayıt"dan ayrılan Kiyan Soltanpurla müqavilə imzalayıb.

 


Xəbər xətti