Azərbaycan klubunun Çempionlar Liqasındakı ilk rəqibi italyalılar olacaq

18:16 31 Yanvar 2015

Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azəryol" klubunun Çempionlar Liqasında İtaliyanın "Yamamay" komandası ilə keçirəcəyi ilk "pley-off" matçının vaxtı müəyyənləşib.

Sportarena.az Report.az-a istinadən xəbər verir ki, Bakıdakı Voleybol Mərkəzində təşkil ediləcək oyun fevralın 11-də baş tutacaq. 

Matç saat 18:00-da start götürəcək. Cavab görüşünün dəqiq tarixi hələ bilinmir. Oyunun 17 - 19 fevral tarixlərindən birində təşkili nəzərdə tutulub. 

Qeyd edək ki, növbəti mərhələyə vəsiqə iki oyunun nəticəsində müəyyənləşəcək. II "pley-off" mərhələsinin qarşılaşmaları 3 - 5 mart və 10 - 12 martda, "4-lər finalı" isə 4-5 apreldə olacaq. Həlledici mərhələ Polşanın Şetsin şəhərində baş tutacaq.     

 


Digər xəbərlər

Xəbər xətti