Mübariz Mənsimov portuqalyalı ulduzdan imtina etdi

18:00 31 Yanvar 2015

“Beşiktaş”ın sabiq hücumçusu Uqo Almeyda “Kuban”la anlaşıb. Portuqaliyalı Krasnodar təmsilçisi ilə 6 aylıq müqavilə imzalayıb. 30 iyun 2015-ci ilə qədər rusların şərəfini qoruyacaq. 2011-2014-ci illər aralığında “Beşiktaş”da oynayan Almeyda “Kuban”a İatliya “Çezena”sından keçib. 30 yaşlı forvard A seriyasında yalnız 10 matçda meydana çıxıb və qol vura bilməyib. Uqo yanvarın 19-da komandası ilə müqaviləsinin müddətini razılıq əsasında pozub. 

"Xəzər Lənkəran"ın gəncləşdirmə siyasətinə keçməsindən xəbəri olmayan türk menecer Portuqaliya millisinin üzvünü "Palmali"yə təklif edib.

Sportarena.az xəbər verir ki, bu barədə İstanbulda çalışan yerli qəzetçilərdən biri məlumat verib. Onun sözlərinə görə, menecer Kriştianu Ronaldonun dostunu 4 il öncə "Beşiktaş"a keçməsində Mübariz Mənsimovun rolunu bildiyi üçün ümid edib ki, XL-ın fəxri prezidenti bu supertransferə həvəslə "olsun" deyəcək. Ancaq tanınmış ulduzun İstanbul nəhəngindən pul üzündən qalmaqallı şəkildə ayrılmasından hali ünlü iş adamından müsbət reaksiya gəlməyib.

Mənbə: Sportinfo.az

 


Digər xəbərlər

Xəbər xətti