Tyeri Anri məşqçilik kurslarına başlayacaq

20:05 31 Yanvar 2015

Ötən il futbolçu karyerasını başa vuran Tyeri Anri məşqçiliyə başlamaq niyyətindədir.

Sportarena.az xəbər verir ki, 37 yaşlı fransız bunun üçün Uels Futbol Federasiyasının Nyuport şəhərindəki B lisenziyalı məşqçi kursuna yazılıb. Anri bu kursu başa vurduqdan sonra İngiltərəyə gedib UEFA-nın A lisenziyalı kurslarına qatılmağı planlaşdırır. 

Qeyd edək ki, bu kurslarda Anrinin "Arsenal"dakı sabiq komanda yoldaşı Fredirix Lümberq də iştirak edir.

 


Xəbər xətti