"Turan Tovuz" qələbə qazandı

21:05 31 Yanvar 2015

İkinci dövrənin hazırlıqlarını davam etdirən "Turan Tovuz" bu gün növbəti yoxlama matçına çıxıb.

Sportarena.az xəbər verir ki, komanda öz meydanında "Göyəzən"lə qarşılaşıb. Matç Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, təlim-məşq toplanışında ilk oyunda "Şəmkir"i 2:0 hesabı ilə məğlub edən "Turan Tovuz" ikinci dövrənin startınadək daha iki oyun keçirmək niyyətindədir.

 


Digər xəbərlər

Xəbər xətti