Azərbaycan klubu qazaxlara məğlub oldu

11:02 1 Fevral 2015

Dünya Boks Seriyasının (WSB) üçüncü turu çərçivəsində keçirilən qarşılaşmada Azərbaycanın “Baku Fires” boks klubu Qazaxıstanın “Astana Arlans” kollektivinə 3-2 hesabı məğlub olub.

Sportarena.az xəbər verir ki, qarşılaşmanın ilk döyüşündə komandamızın üzvü Rəsul Saliyev (49 kq) Temirtas Jusupova məğlub olub. İkinci döyüşdə təmsilçimiz Məhəmməd Qurbanov (56 kq) Nursultan Koşequlovla mübarizədə rinqi qalib tərk edib. Heybətulla Hacəliyev (64 kq) ilə Asxat Ualixanov arasındakı döyüş gərginliyi ilə seçilib. Çətin mübarizədə boksçumuz qalib gələrək komandamızı hesabda irəli çıxarıb. Dördüncü döyüşdə rinqə çıxan Rahil Məmmədli (91 kq) isə Vasili Levitə məğlub olub. Beləliklə qarşılaşmanın taleyinə sonuncu döyüşdə aydınlıq gətirilib. Komandamızın üzvü Jaba Xositaşvili (75 kq) bu qarşılaşmada rəqibi Meyrim Nursultanova məğlub olub.

Beləliklə də Qazaxıstan boksçuları ümumi hesabda qələbəni təmin ediblər – 3-2.

 


Digər xəbərlər

Xəbər xətti