Çaparlarımızdan uğurlu nəticə: Olimpiyadaya vəsiqə qazana biləcəklərmi?

11:13 1 Fevral 2015

Çaparımız Camal Rəhimov Olimpiya oyunlarında iştirak üçün mübarizənin ilk mərhələsini keçib.

Sportarena.az xəbər veriri ki, hal hazırda İspaniyada olan çaparımız Camal Rəhimov bu ölkədə keçirilən 13 mərhələli  ibarət beynəlxalq reytinq yaşına (2 star ranking class) qatılır. Qeyd edək ki, bu yarış  2016-cı ildə Braziliyanın Rio de Janeiro şəhərində  keçiriləcək Olimpiya oyunlarında iştirak üçün xal qazandırır. Beləliklə, çaparımız 13 mərhələdən ibarət olan yarışın ilk mərhələsini keçərək maksimal 50 xalı toplayıb.

Qarşıda çaparımız digər 12 mərhələni keçməklə xallarının sayını artıraraq, Olimpiya oyunlarına vəsiqə qazanmağa çalışacaq.

 


Digər xəbərlər

Xəbər xətti