UEFA Kamran Ağayevi ən yaxşı qapıçı seçdi

15:29 1 Fevral 2015

UEFA-nın rəsmi saytı milli komandaların tarixində ən yaxşı qapıçılara həsr olunmuş yazı hazırlayıb. 

Sportarena.az xəbər verir ki, yazının Azərbaycan yığmasına aid hissəsində Kamran Ağayevin adı öz əksini tapıb:

"Əlbəttə, 51 oyunda 80 buraxılmış qolla öyünmək olmur. Ancaq bu gün də millinin şərəfini qoruyan 28 yaşlı Ağayevi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ən yaxşı qapıçısı adlandırmaq olar. 2009-cu ildə Azərbaycanın ən yaxşı qapıçısı nominasiyasının qalibi olan Kamran Ağayev dəfələrlə milli komandasını qollardan xilas edib, xallar əldə etməsində müstəsna pay sahibi olub, böyük hesablı məğlubiyyətlərdən qurtarıb. Ağayev emosionallığı ilə məşhurdu. Avro-2012-nin seçmə mərhələsi çərçivəsində türklərlə oyun öncəsi Avstriyadan alınan 0:3 hesablı məğlubiyyətdən sonra qəzəblənən qolkiper bəyan etdi: "Məğlub duruma düşsək, dava salacam". Azərbaycanın favorit üzərində qələbə qazandığını söyləməyə ehtiyac qalır?".

Siyahıdakı digər qapıçıların siyahısı:

Albaniya: Perlat Musta
Almaniya: Zepp Mayer
Andorra: Koldo Alvares de Eulate
Avstraiya: Valter Zeman
Belarus: Mixail Verqeenko
Belçika: Jean-Marie Pfaff
Bosniya və Hersoqovina: Enver Mariç
Bolqarıstan: Borislav Mihaylov
Cəbəllütariq: Toni Maşedo
Cənubi Kipr: Nikos Panayiotou
Çernoqoriya: Draqoye Lekoviç
Çexiya: Petr Çex
Danimarka: Peter Şmeyxel
Ermənistan: Alyoşa Abrahamyan
Estoniya: Mart Poom
Estoniya: Mart Poom
Farer adaları: Yakup Mikkelsen
Finlandiya: Antti Niemi
Fransa: Fabian Bartes
Gürcüstan: Otar Qabeliya
Hollandiya: Edvin van der Sar
İngiltərə: Qordon Banks
İrlandiya: Şay Qiven
İslandiya: Byarni Siqurdsson
İspaniya: Rikardo Zamora
İsrail: Yakov Hodorov
İtaliya: Dino Zoff
İsveç: Karl Svensson
İsveçrə: Marko Paskolo
Latviya: Aleksandrs Kolinko
Litva: Vladas Tuçkus
Lüksemburq: Conatan Cubert
Lixtenşteyn: Peter Jehle
Macarıstan: Qyula Qrosiçs
Makedoniya: Blaqoye Vidiniç
Malta: Mario Muskat
Moldova: Denis Romanenko
Norveç: Erik Torstvedt
Polşa: Jozef Mlinarçik
Portuqaliya: Manuel Bento
Qazaxıstan: Kuralbek Ordabayev
Rumıniya: İon Voynesku
Rusiya: Lev Yaşin
San Marino: Klaudio Mayani
Serbiya: Milutin Şoşkiç
Slovakiya: Viliam Şrof
Sloveniya: Samir Handanoviç
Şimali İrlandiya: Pat Yenninqs
Şotlandiya: Cim Leyqton
Türkiyə: Rüştü Reçber
Uels: Nevill Soutall
Ukrayna: Ukraine: Aleksandr Şovkovski
Xorvatiya: Vladimir Beara
Yunanıstan: Antonis Nikopolidis

 


Xəbər xətti