Millimizin yer aldığı səbət müəyyənləşdi

17:35 1 Fevral 2015

21 yaşadək futbolçulardan ibarət yığmalar arasında AÇ-2017-in seçmə mərhələsinin püşkatması zamanı komandaların yer alacağı səbətlərin tərkibi müəyyənləşib.

Sportarena.az xəbər verir ki, Azərbaycan millisi E, yəni 5-ci səbətdə yer alacaq.

52 komanda 9 qrupda mübarizə aparacaq. Qruplardan yeddisi 6 komandalı, ikisi isə 5 komandalı olacaq. Qrup birinciləri Avropa Çempionatına birbaşa vəsiqə qazanacaq.

Səbətlərin tərkibi aşağıdakı kimidir:
A. İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa, Çexiya, Portuqaliya, Hollandiya, Danimarka
B. Rusiya, İsveçrə, İsveç, Serbiya, İsrail, Ukrayna, Slovakiya, Rumıniya, Belçika
C. Türkiyə, Sloveniya, Avstriya, Yunanıstan, Şotlandiya, Xorvatiya, Norveç, Ermənistan, Çernoqoriya
D. Finlandiya, Uels, Macarıstan, İslandiya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, İrlandiya, Belarus
E. Bolqarıstan, Kipr, Makedoniya, Litva, AZƏRBAYCAN, Qazaxıstan, Albaniya, Latviya, Estoniya
F. Farer adaları, Şimali İrlandiya, Lüksemburq, Malta, San Marino, Andorra, Lixtenşteyn.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən Azərbaycan və Ermənistan, Rusiya və Ukrayna eyni qrupa düşə bilməz.
Qeyd edək ki, püşkatma mərasimi fevralın 5-də saat 12:00-da başlayacaq


Digər xəbərlər

Xəbər xətti