"Zirə" "Qəbələ"yə məğlub oldu

15:11 2 Fevral 2015

I Divizionda çıxış edən "Zirə" Premyer Liqa təmsilçisi "Qəbələ" ilə yoxlama matçı keçirib.

Sportarena.az xəbər verir ki, "Qəbələ"nin heyətində dünən meydana çıxan futbolçular olmasa da, Premyer Liqa təcrübəsi olan bir neçə oyunçu yer alıb. Gərgin keçən matçın ilk hissəsi 1:1 hesabı ilə yekunlaşsa da, ikinci hissədə "Qəbələ" daha 2 qol vuraraq 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, I Divizionda liderlik uğrunda mübarizə aparan "Zirə" 15 turdan sonra 28 xalla 7-ci pillədə qərarlaşıb.

 


Xəbər xətti