"Qəbələ" "Xəzər Lənkəran"ı, "İnter" isə "Sumqayıt"ı məğlub edərək yarımfinala yüksəldi - U-14 Elit Kuboku

15:25 2 Fevral 2015

 U-14 Elit Kuboku

AFFA-nın təşkil etdiyi “Bakcell U-14 Elit Kuboku” turnirində 1/2 final mərhələsinə yüksələn komandalar müəyyənləşib. 

Sportarena.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 1/4 final mərhələsində keçirilmiş oyunların nəticəsini və yarımfinal oyunlarının vaxtını diqqətinizə çatdırırıq:

1/4 final

Bakı – Şimal-Qərb Elit Yığması 2:0  

Qəbələ – Xəzər Lənkəran 3:1

Neftçi – Cənub Elit Yığması 2:1

İnter – Sumqayıt 6:0

 

1/2 final

4 fevral

“Dalğa Arena”, əsas meydança 

12:00. Bakı – İnter

14:00. Qəbələ – Neftçi


Xəbər xətti