"Qarabağ"a qarşı oynamış futbolçu "Tottenhem"in hədəfində

17:10 2 Fevral 2015

"Tottenhem" "Dnepr"in yarımmüdafiəçisi Yevgeni Konoplyankanı qış transfer pəncərəsi bağlanmadan əldə etmək istəyir.

Sportarena.az xəbər verir ki, 25 yaşlı ukraynalının karyerasını İngiltərədə davam etdirmək arzusundan xəbər tutan ingilislə dərhal klubuna 5 milyon funt təklif ediblər.

Yayda "Dnepr"lə müqaviləsi bitəcək Konoplyanka isə karyerasını "Liverpul"da davam etdirmək istəyir.

Qeyd edək ki, Yevgeni "Dnepr"in UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirdiyi hər iki qarşılaşmada meydana çıxmışdı.


Digər xəbərlər

Xəbər xətti