Azərbaycanlı hakim Çempionlar Liqasının qalibinin oyununa təyinat aldı

11:43 3 Fevral 2015

Avropa Voleybol Konfederasiyası azərbaycanlı beynəlxalq dərəcəli referi Eldar Əliyevə növbəti təyinat verib.

Sportarena.az xəbər verir ki, qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Dinamo” (Rusiya, Kazan) – “Vakıfbank” (Türkiyə) matçı həmyerlimizə həvalə edilib.

Yarışın son qalibinin ev sahibliyi edəcəyi görüşdə Əliyevə israilli Roy Qoren köməklik edəcək.

Qeyd edək ki, fevralın 10-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 

 


Digər xəbərlər

Xəbər xətti