Hakimlər Komitəsində qalmaqal: Xaqani Məmmədovun üstünə hücum çəkdilər

12:24 3 Fevral 2015

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov yenə qalmaqala düşüb. O, bu dəfə təcrübəli hakimlərimizdən olan Vüsal Əliyevin təpkisi ilə üzləşib.

Sportarena.az sportal.az-a istinadən xəbər verir ki, hər şey Vüsal Əliyevin bir mətbu orqana verdiyi açıqlamadan başlayıb. Vusal bəy deyib ki, test imtahanını Xaqani Məmmədova verib və nəticələr də qənaətbəxş olub. Lakin bir neçə gün sonra həmin mətbu orqana açıqlama verən HK sədri bu xəbəri təkzib edib və Vusal Əliyevin imtahan vermədiyini söyləyib.

Elə qalmaqala səbəb də Xaqani Məmmədovun fikirləri olub. Bundan pərt hala düşən Vüsal Əliyev Xaqani Məmmədovun üstünə hücum çəkib. Bu hadisə hakimlərin gözü qarşısında olub. Məhz orada olan hakimlər Vüsal Əliyevi sakitləşdirməyə çalışıblar və qalmaqalın böyüməsinə imkan verməyiblər.

Qeyd edək ki, digər tanınmış hakimimiz Anar Salmanov Xaqani Məmmədovun fəaliyyəti ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib.   

 


Digər xəbərlər

Xəbər xətti